525.Az

“A320”-nin ikinci pilotunun evində psixotrop preparatlar aşkarlanıb


 

“A320”-nin ikinci pilotunun evində psixotrop preparatlar aşkarlanıb<b style="color:red"></b>

Düsseldorf polisinin istintaq qrupu Fransada “А320” təyyarəsini qəsdən qəzaya uğratmaqda şübhəli bilinən 27 yaşlı pilot Andreas Lubitsin ciddi psixosomatik xəstəlikdən əziyyət çəkdiyini təsdiqləyən dəlillər aşkarlayıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  Die Welt nəşri məlumat yayıb.
 
“Andreas Lubits bir neçə nevroloq və psixiatr yanında müayinə keçirmiş”, deyə baş müstəntiq pilotun evində keçirilmiş baxışdan sonra bildirib.  
 
İstintaq qrupu  Andreas Lubitsin evində psixi xəstəliklərin müalicəsində istifadə edilən müxtəlif psixotrop preparatlar aşkarlayıb. Polis Lubitsin alkoqoldan və narkotik vasitələrdən asılılığını təsdiqləyən heç bir dəlil aşkarlamayıb.
 
Müstəntiq həmçinin bildirib ki, Lubits depressiyadan əziyyət çəkirmiş və onda ruh düşkünlüyü müşahidə olunub.
 
 “Bu həm də onun evində aşkarlanmış şəxsi yazılarından da məlum olur”, deyə müstəntiq bildirib. 

 





29.03.2015    çap et  çap et