525.Az

Brüsseldə ilk dəfə “ADA Avropa İttifaqı Məktəbi” təşkil olunub


 

Brüsseldə ilk dəfə “ADA Avropa İttifaqı Məktəbi” təşkil olunub<b style="color:red"></b> 22-27 mart tarixlərində Brüsseldə ilk dəfə olaraq Azərbaycan Prezidenti yanında Gənclər Fondu və İndex – İnsan Kapitalı Fondunun dəstəyi,  ADA Universiteti və AYAPE-nin birgə təşkilatçılığı ilə “ADA Avropa İttifaqı Məktəbi” təşkil olunub.
 
Azərbaycanın Belçikadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Avropa Parlamentinin deputatı Anna Zaborskanın ev sahibliyi ilə keçirilən tədbiri Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri və Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov açıb.
 
Dörd gün davam edən tədbirdə Avropa Araşdırmaları Mərkəzinin baş elmi işçisi və icraçı direktoru Roland Froydenştayn “Avropa İttifaqı sazişləri və avrointeqrasiya”, Avropa İttifaqı Şurasının hüquq xidmətinin sabiq direktoru, Avropa Kollecinin qonaq professoru, Avropa Xarici Fəaliyyət Xidmətinin müstəqil eksperti Jan-Pol Jake “Avropa İnstitutları, səlahiyyətlər və siyasət”, Avropa Parlamentində “Yaşıllar partiyası”nın ilk deputatı Frank Şvalba-Hot “Avropa İttifaqı, dəyərlər və qonşularla münasibət”, AYAPE idarə heyətinin üzvü Yalçın Məmmədov “AYAPE, Brüsseldə fəaliyyətin beynəlxalq aspektləri və Avropa İnstitutları ilə qarşılıqlı əməkdaşlıq perspektivləri” və Löven Katolik Universitetinin elmi işçisi, Avropa Parlamenti Araşdırma Xidmətinin elmi işçisi və Avropa Kollecinin qonaq professoru Filip Perşok “Kollektiv yaddaş və Aİ xarici siyasəti” mövzularında mühazirələrlə çıxış ediblər.
 
Belçika Xarici İşlər Nazirliyi yanında Eqmont İnstitutunun “Avropa Dünyada” proqramının direktoru, Avropa Kolleci və Gent Universitetinin professoru Sven Biskop “Qonşuluq siyasəti, Şərq Tərəfdaşlığı və təhlükəsizlik aspektləri”, enerji məsələləri üzrə ekspert Rəşad Novruz “Aİ-Azərbaycan: Enerji təhlükəsizliyindən strateji əməkdaşlığa”, TÜSİAD-ın beynəlxalq koordinatoru və Avropa İttifaqı yanında nümayəndəsi, Bosfor İnstitutunun direktoru Bahadır Kaleağası “Aİ-Türkiyə münasibətləri”, Avropa Siyasət Mərkəzinin siyasi eksperti Amanda Pol “Aİ siyasətinin Cənubi Qafqaz aspektləri”, Avropa Şurasının Brüssel ofisinin siyasi məsləhətçisi İlya Subbotin “Aİ və Avropa Şurası arasında əməkdaşlıq perspektivləri”, Belçika Krallığının sabiq ədliyyə naziri və TEAS-ın Brüssel ofisinin direktoru Mark Verviligen “Aİ İnstitutları və üzv dövlətlər arasında əməkdaşlıq”, Kral Elmlər Akademiyasının üzvü, Brüssel Azad Universitetinin professoru, Avropa Elmləri İnstitutinin fəxri prezidenti Mario Telo “Çoxqütblü dünyada Avropa İttifaqı”,  San Lui Universitetinin Avropa Araşdırmalar İnstitutunun professoru Jan-Kristof Defreyn “Avropa İttifaqı və Avrasiya İttifaqı: regionalizm və iqtisadiyyat” və Brüssel Azad Universitetinin Avropa Araşdırmalar İnstitutunun elmi işçisi Nikola Jonşöre isə “Aİ xarici hərbi əməliyyatları zamanı insan hüquqlarının qorunması” mövzularında çıxış ediblər.
 
Tədbiri İslam Əməkdaşlığı Konfransının Avropa İttifaqı yanında müşahidə missiyasının rəhbəri, səfir Arif Məmmədov “Azərbaycan Diplomatik Xidməti” mövzusunda çıxışı ilə yekunlaşdırıb.
 
Sonda “ADA Aİ Məktəbi”nin iştirakçıları sertifikatlar və xatirə hədiyyələri ilə təltif olunublar.
 





27.03.2015    çap et  çap et