525.Az

Gürcüstandan Azərbaycana avtomobil ixracı bir ildə 4,4 dəfə azalıb


 

Gürcüstandan Azərbaycana avtomobil ixracı bir ildə 4,4 dəfə azalıb<b style="color:red"></b> Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 19 824,1 min ABŞ dolları dəyərində 1 071 minik avtomobili ixrac olunub.
 
Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.
 
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 651 avtomobil və ya 4,4 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 45,9% azalıb.
 
Qeyd edək ki, bu ilin iki ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 42,3% təşkil edib.
 
Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 48,8%-ni təşkil edib.
 
Bu ilin yanvar-fevral ayları ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 14,5% təşkil edib.
 
Qeyd edək ki, bu ilin yanvar-fevral ayında Gürcüstandan Azərbaycana 45 918,6 min dollar dəyərində məhsul ixrac edilib.
 





26.03.2015    çap et  çap et