525.Az

Kaka Messini məyus etdi


 

Kaka Messini məyus etdi<b style="color:red"></b>

Məşhur braziliyalı oyunçu Kaka öz versiyasına əsasən, futbol tarixinin rəmzi komandasını müəyyənləşdirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, hazırda "Orlando Siti"də oynayan 32 yaşlı hücumameyilli yarımmüdafiəçi "Barselona"nın hücumçusu Lionel Messinin ən yaxşılar arasında görməyib.

Kakanın müəyyənləşdirdiyi futbol tarixinin ən yaxşı 11-liyində aşağıdakı oyunçular qeyd olunub:
 
Dida (Braziliya), Kafu (Braziliya), Alessandro Nesta (İtaliya), Paulo Maldini (İtaliya), Roberto Karlos (Braziliya), Andrea Pirlo (İtaliya), Andres İnyesta (İspaniya), Zinəddin Zidan (Fransa), Ronaldinyo (Braziliya), Ronaldo (Braziliya), Kriştiano Ronaldo (Portuqaliya)

 





26.03.2015    çap et  çap et