525.Az

Paytaxtın bəzi küçə və prospektləri bağlı olacaq


 

Paytaxtın bəzi küçə və prospektləri bağlı olacaq<b style="color:red"></b>

Bu gün paytaxtın bəzi küçə və prospektləri bağlı olacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”-ə verilən məlumata görə,dünən axşam saat 23:00-dən etibarən təmir işləri ilə bağlı Heydər Əliyev prospektinin Həsənoğlu küçəsi ilə kəsişməsindən şəhər istiqamətinə, eyni zamanda Xətai prospektinin Yusif Səfərov küçəsinə çıxışı nəqliyyatın hərəkəti üçün bağlanıb. 
 
Bu gün səhər saat 07:00-dan etibarən isə təmir işləri ilə bağlı Şəmsi Bədəlbəyli küçəsinin  Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.
 
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

 





26.03.2015    çap et  çap et