525.Az

“Gürcü Arzusu”nun reytinqi 18% azalıb


 

“Gürcü Arzusu”nun reytinqi 18% azalıb<b style="color:red"></b>

Gürcüstanda hakimiyyətdə olan “Gürcü Arzusu” koalisiyasının reytinqi 18% azalıb.

APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən “Gürcü Arzusu”nun reytinqi 54%-dən 36%-ə düşüb. Lakin hakim koalisiya hələ birinciliyini qoruyub saxlayır.
 
Keçmiş prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının reytinqi dəyişməz qalıb – 15%. Sabiq müdafiə naziri, “Gürcü Arzusu”ndan ayrılan İrakli Alasaniyanın liderlik etdiyi “Bizim Gürcüstan - Azad

Demokratlar” Partiyası 10%-lə üçüncü pilləyə yüksəlib. Leyboristlər Partiyası 6%-lə dördüncü yerdədir. Nino Burcanadzenin rəhbərlik etdiyi “Birləşmiş Demokratik Hərəkat” 5,5%-lə eyni miqdarda reytinqə malik “Vətənpərvərlər Alyansı” ilə birlikdə 5-ci, 6-cı yerləri bölüşdürür.  
 
Rəy sorğusunu ABŞ Dövlət Departamenti maliyyələşdirib.

 





25.03.2015    çap et  çap et