525.Az

Fransada təyyarənin qəzaya uğraması nəticəsində tanınmış opera ifaçısı ölüb


 

Fransada təyyarənin qəzaya uğraması nəticəsində tanınmış opera ifaçısı ölüb<b style="color:red"></b>

Fransada Germanwings aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölən sərnişinlər arasında ötən əsrin 80-cшillərində SSRİ-də fəaliyyətə başlamış tanınmış opera ifaçısı Oleq Brıjakın olduğu bildirilir.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.  
 
Oleq Brıjak 1996-cı ildə Düsseldorfda fəaliyyət göstərən “Reyndə alman operası” teatrının solisti olub. Məlumata görə, Barselonada Rixard Vaqnerin “Ziqfrid” əsərini ifa etmiş 54 yaşlı müğənni Düsseldorfa dönərkən qəzada ölüb.
 
Oleq Brıjak 1960-cı ildə Qazaxıstanda anadan olub. 

 





25.03.2015    çap et  çap et