525.Az

Xilasedicilər “Airbus A320” qəzası qurbanlarının axtarışını dayandırıb


 

Xilasedicilər “Airbus A320” qəzası qurbanlarının axtarışını dayandırıb<b style="color:red"></b> Xilasedicilər qaranlıq düşdüyündən “Airbus A320” təyyarəsinin qəzası nəticəsində ölən şəxslərin axtarışını dayandırıb.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa DİN-in  mətbuat katibi Pyer Anri Brandeta bildirib. Onun sözlərinə görə, axtarış tədbirləri sübh tezdən bərpa olunacaq. 
 
Lufthansa bundan əvvəl təyyarənin qəzaya uğramasının səbəbinin bədbəxt hadisə olduğu ehtimal etdiyini bildirib. 
 
Qeyd edək ki, Almaniyanın Germanwings aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi bu gün günorta saatlarında Alp dağlarının ucqar hissəsində qəzaya uğrayıb. Qəza nəticəsində, 150 nəfər ölüb. Təyyarənin göyərtəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.
 





25.03.2015    çap et  çap et