525.Az

Fransada qəzaya uğrayan təyyarənin birinci “qara qutu”su tapılıb


 

Fransada qəzaya uğrayan təyyarənin birinci “qara qutu”su tapılıb<b style="color:red"></b>

Fransanın cənubunda «Airbus A320» sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə birinci “qara qutu” aşkarlanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə, bu barədə France Info radiostansiyasına hadisənin baş verdiyi Yuxarı Provans  departamentini Fransa parlamentdə təmsil edən Kristof Kastane bildirib.
 
Qeyd edək ki, Almaniyanın Germanwings aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi bu gün günorta saatlarında Alp dağlarının ucqar hissəsində qəzaya uğrayıb. Qəza nəticəsində, 150 nəfər ölüb. Təyyarənin göyərtəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.

 





25.03.2015    çap et  çap et