525.Az

Musa Yaqub haqqında "Qara daşın sədası" çıxıb


 

Musa Yaqub haqqında "Qara daşın sədası" çıxıb<b style="color:red"></b>

Çağdaş Azərbaycan ədəbiyyatının parlaq nümayəndəsi, böyük şairimiz Musa Yaqubun həyat və yaradıcılıq yolu barədə "Qara daşın sədası" kitabın işıq üzü görüb.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabı nəşri, şairin 1977-ci ilin oktyabrında yazılmış, yaranışından bəri bir çox şair və yazıçılarımızı yaxşı mənada diksindirib maraqlandırmış məşhur "Bu dünyanın qara daşı göyərməz" şeirinə yazılan "onlarla nəzirənin birgə çapı" ideyasının həyata keçməsi deməkdir.

Kitabda şairin müasirləri olan sənət dostlarının onun yaradıcılığı və şəxsiyyətinə aid şeirləri, ürək sözləri də toplanılıb. İnternetdən, özəlliklə facebook səhifəsindən seçilmiş nümunələr isə şairə ümumxalq sevgisinin sonsuz təzahürlərindəndir.

Nəfis tərtibatla çap olunan "Qara daşın sədası"nın redaktoru jurnalist-publisist Nəzirməmməd Zöhrablı, yazıları toplayıb tərtib edən isə şairin qızı Yaqut Musaqızıdır. "Şeir taleyi" adlı ön sözü şair Maarif Soltan yazıb.

 





18.03.2015    çap et  çap et