525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Martın 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman, dağlıq və dağətəyi rayonlarda çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 0-5 dərəcə, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

 





18.03.2015    çap et  çap et