525.Az

"Nizami" Kino Mərkəzində "Bitişik qardaşlar" türk filmi göstəriləcək


 

"Nizami" Kino Mərkəzində "Bitişik qardaşlar" türk filmi göstəriləcək<b style="color:red"></b>

Martın 6-də "Nizami" Kino Mərkəzində Türkiyənin populyar aktyoru və aparıcısı İlker Ayrık çəkdiyi və çəkildiyi "Yapışık kardeşler" - "Bitişik qardaşlar" kinokomediyasını Azərbaycan tamaşaçısına təqdim edəcək.

Halim və Selim iki şən və baməzə olan qardaşdır. Onları başqalarından fərqli edən səbəb bir-birinə yapışıq doğulmaları və istər-istəməz bərabər yaşamağa məcbur olmalarıdır. Balaca bir qəsəbədə xoşbəxt həyat sürən qardaşlar evlilik yaşına çatdıqda, özlərinə uyğun "xeyirli" qismət tapmaq üçün İstanbula üz tuturlar.

Filmdə baş rolları İlker Ayrık ilə yanaşı Hakan Bulut, İvana Sert, Suzan Kardeş, Suat Sungur, Erdal Tosun, Ayberk Atilla, Fırat Tanış ve Bülent Şakrak ifa ediblər. Qeyd edək ki, filmdən əvvəl aktyor və rejissor İlker Ayırık aftoqraf verəcək və mətbuatın suallarını cavablandıracaq.

S.ABDULLAYEVA

 





05.03.2015    çap et  çap et