525.Az

"Bizim olimpiada" adlı festival keçirilib


 

"Bizim olimpiada" adlı festival keçirilib<b style="color:red"></b>

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə fevral ayı ərzində "Bakı-2015" ilk Avropa Oyunlarına həsr olunmuş "Bizim olimpiada" adlı festival gerçəkləşdirilib.
 
Festival Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin, uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında təşkil edilib.

Festivalın məqsədi "Bakı-2015" ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması, onların milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onlara dövlət qayğısının artırılması, təsviri və tətbiqi-dekorativ sənətin inkişaf etdirilməsidir.

Festivala 278-i rəsm əsəri, 44-ü isə müxtəlif əl işləri olmaqla cəmi 322 iş təqdim olunub. Onların arasından 105 iş seçilərək sərgi təşkil olunacaq. Bunlardan 78-i rəsm əsəri, 27-si isə müxtəlif əl işləridir.

Sərginin açılışı martın 5-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Q.Abbasov adına mədəniyyət sarayında baş tutacaq və bir həftə davam edəcək.

Qeyd edək ki, festivalın qaliblərini müəyyən etmək üçün mədəniyyət və incəsənət xadimlərindən, peşəkar rəssamlardan ibarət münsiflər heyəti yaradılıb. Açılış mərasimində münsiflər heyəti tərəfindən 10 nəfər rəsm işləri üzrə, 5 nəfər isə əl işləri üzrə qalib seçilərək diplom və hədiyyələrlə təltif ediləcək.

S.ABDULLAYEVA

 





05.03.2015    çap et  çap et