525.Az

"Qərb İslam haqqında qanundan faydalanmaq istəyir"


 

"Qərb İslam haqqında qanundan faydalanmaq istəyir"<b style="color:red"></b>

"Məni maraqlandıran budur ki, Azərbaycan QHT haqqında qanuna kiçicik bir dəyişiklik edən kimi səsləri yeri-göyü bürüyən avropalılar görəsən niyə Avstriyanın İslam əleyhinə atdığı addıma rəğbətlə yanaşırlar? Axı Azərbaycanda QHT haqqında qanuna edilən düzəlişlərdə də məqsəd ölkədə əmin-amanlığın qorunub saxlanması, ayrı-ayrı qurumların yad dövlətlərin təsiri altında qanuna zidd əməllərə əl atmalarının yolunu kəsməkdir".

Bu fikirləri Milli Məclisin deputatı, siyasi icmalçı Sahib Alıyev bildirib. Onun sözlərinə görə, deyəsən Avropanın digər dövlətləri də ötən həftənin sonlarında Avstriya parlamentinin İslam haqqında qəbul etdiyi qanundan faydalanmaq, oradakı qadağa mexanizmini öz ölkələrində də tətbiq etmək istəyirlər:

"Hər halda Almaniyanın ən respektabelli qəzetlərindən olan "Frankfurter Allgemeine Zeitung"un yazmasından belə anlaşılır. Avropalıların rəğbətinə səbəb olan yeni qanunda ölkədəki İslam icmalarının kənardan maliyyələşdirilməsinə qadağa qoyulması, imamların yenidən atestasiyasının keçirilməsi və bu zaman onlardan alman dilini bilmələrinin və Avstriyaya loyal yanaşmanın tələb olunmasıdır".

Millət vəkili daha sonra qeyd edib ki, qanunda İslamın Avstriyada dövlət dini kimi tanınması məsələsi də var ki, Qərbdəki digər dövlətlər buna çətin getsin:
 
"Halbuki, bu addımı Avstriya hələ 1912-ci ildə atıb. Amma İslama sevgidən yox, müsəlmanların çoxluq təşkil etdiyi Bosniya və Hersoqovinanı ələ keçirdiyi üçün".

Ceyhun ABASOV

 





05.03.2015    çap et  çap et