525.Az

Azərbaycan Dillər Universitetində konfrans


 

Azərbaycan Dillər Universitetində konfrans<b style="color:red"></b>

Dünən Azərbaycan Dillər Universitetində "Qadınların ictimai, iqtisadi və sosial sahələrdə hüquqlarının qorunması" mövzusunda konfrans keçirilib.

Univeristetin Qadınlar Şurasının sədri, professor Məsməxanım Qazıyeva qadınların ailə və cəmiyyət həyatında iştirakının olmadığı halda, bəşər sivilizasiyasından danışmağın mümkünsüzlüyünü bildirib.
 
O vurğulayıb ki, respublikamızın ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən, öz nəcib əməlləri ilə xalqımızın tərəqqisinə çalışan qadınlar çoxdur. M. Qazıyeva Azərbaycan qadınlarının tarix boyu milli dövlətçiliyin təşəkkülündə, möhkəmləndirilməsində və idarə olunmasında böyük rol oynadıqlarını deyib.

Konfransda Sosial elmlər kafedrasının baş müəllimi Sevda Tağıyeva "Qadınların ictimai, iqtisadi və sosial sahədə hüquqlarının qorunması dövlətin ümumi inkişaf strategiyasının prioritet sahələrindəndir", Linqvokulturologiya kafedrasının baş müəllimləri Vüsalə Ağabəyli "Azərbaycan qadınlarının dövlət qurumlarında rolu" və Səidə Orucova "Azərbaycan qadınlarının idmanda, Qeyri-hökümət təşkilatlarında lider kimi rolu. Azərbaycanın rektor qadınları" mövzusunda məruzələri ilə çıxış ediblər.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetində Qadınlar Şurası 1991-ci ildən fəaliyyət göstərir.

Vəfa MƏMMƏDLİ

 





05.03.2015    çap et  çap et