525.Az

Türkiyə hərbi təyyarəsi qəzaya uğrayıb


 

Türkiyə hərbi təyyarəsi qəzaya uğrayıb<b style="color:red"></b>

Türkiyə Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə bu gün yerli vaxtla saat 09.50-də baş verib.
 
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Əskişəhərdən təlim uçuşu keçirmək üçün havaya qalxan “F4 E 2020” təyyarəsinin Konya ərazisində naməlum səbəbdən qəzaya uğradığını açıqlayıb. Nəticədə 2 pilot həlak olub. Olayın səbəbləri araşdırılır.

 





05.03.2015    çap et  çap et