525.Az

Rusiyanın Ermənistandakı hərbi bazası irimiqyaslı təlimlərə cəlb olunub


 

Rusiyanın Ermənistandakı hərbi bazası irimiqyaslı təlimlərə cəlb olunub<b style="color:red"></b>

Rusiya Ermənistan da daxil olmaqla, bir neçə yerdə irimiqyaslı hərbi təlimlər keçirir.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Cənub Hərbi Dairənin yaydığı məlumatda deyilir.
 
Təlimlərdə Rusiya Hərbi-Hava Qüvvələrinin hərbi hissələri və birləşmələri iştirak edir. Təlimlər Cənub, Şimali Qafqaz və Krım federal dairələrdə yerləşən 12 hərbi poliqonda, o cümələdən Rusiyanın Ermənistan, Cənubi Osetiya və Abxaziyada yerləşən hərbi bazalarda keçirilir.
 
Təlimlərə 2 min hərbçi və 500-dək hərbi texnika cəlb olunub. 

 





05.03.2015    çap et  çap et