525.Az

Gənc jurnalistlərə təlim keçiləcək


 

Gənc jurnalistlərə təlim keçiləcək<b style="color:red"></b> “Azəri Gənclər Alyansı” İctimai Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc jurnalistlərin peşəkarlığının artırılması üçün Qış Məktəbi” layihəsini həyata keçirir.

Lent.az-ın məlumatına görə, layihə çərçivəsində nəzərdə tutulan 3 günlük “Qış Məktəbi” təlimlərinin mart ayının 13-dən 15-dək Qubada keçirilməsi nəzərdə tutulur.

“Gənc jurnalistlərin peşəkarlığının artırılması üçün Qış Məktəbi” təlimlərində Azərbaycanın bir sıra tanınmış jurnalistlərinin ekspert qismində iştirakı planlaşdırılır.
 





05.03.2015    çap et  çap et