525.Az

Beynəlxalq Qadınlar günündə hava necə olacaq?


 

Beynəlxalq Qadınlar günündə hava necə olacaq?<b style="color:red"></b>

8 Mart - Beynəlxalq Qadınlar günündə Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı ilkin proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, martın 8-də ölkə ərazisində hava şəraitinin küləkli keçəcəyi gözlənilir.
 
Əsasən şimal küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu gündüz saatlarında 8-12 dərəcə isti, gecə 3-5 dərəcə isti olacaq.
 
Qeyd olunub ki, 8 martda müşahidə olunacaq hava şəraiti ilə bağlı dəqiq proqnoz yaxın günlərdə təqdim ediləcək.

 





05.03.2015    çap et  çap et