525.Az

Ukraynanın sabiq maliyyə naziri həbs edilib


 

Ukraynanın sabiq maliyyə naziri həbs edilib<b style="color:red"></b>

Ukraynanın sabiq maliyyə naziri Yuri Kolobov İspaniyada həbs edilib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, sabiq nazir Ukrayna hökumətinin sorğusu ilə axtarışa verilmişdi.
 
Ukraynanı 2014-cü ilin fevralında tərk edən Y.Kolobov dövlət əmlakının talan edilməsində  təqsirləndirilir. Eyni  iş üzrə  Rusiyada sığınacaq tapan Ukraynanın sabiq prezidenti və baş naziri Viktor Yanukoviç və Nikolay Azarovun da adları çəkilir.

 





05.03.2015    çap et  çap et