525.Az

Təhlükə ilə üzləşən fəhlələr xilas edilib - Yenilənib


 

Təhlükə ilə üzləşən fəhlələr xilas edilib - <b style="color:red">Yenilənib</b>

Bakıda təhlükə ilə üz-üzə qalan fəhlələr xilas edilib.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri Nərimanov rayonunda 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
 
Xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, üç nəfər sökülməkdə olan təqribən 75 metr hündürlüyündə dəmir-beton konstruksiyalı borunun üzərində köməksiz vəziyyətdə qalıblar.
 
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşları aşağı endirərək xilas edib.
 
*** 13.37
 
Bakıda üç nəfər təhlükəli vəziyyətlə üz-üzə qalıb.
 
APA-nın məlumatına görə, hadisə Baksol yolunda, Bakı Biskvit Zavodunun yaxınlığında yerləşən istifadəsiz istixana binasında qeydə alınıb. İstixananın 75 metr hündürlüyündəki tüstü borusunu sökmək üçün ora çıxan 3 fəhlə nərdivanın qırılması nəticəsində çıxılmaz vəziyyətə düşüb.
 
APA ölüm təhlükəsi ilə üzləşən fəhlələrin adlarını da əldə edib. Onlar - 1989-cu il təvəllüdlü Axundov Telman Əliyusif oğlu, onun qardaşı 1995-ci il təvəllüdlü Şamo Axundov və 1993-cü il təvəllüdlü Cəbrayılov Elton Əlibala oğludur.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Hazırda həmin fəhlələrin xilas olunması istiqamətində tədbirlər davam etdirilir.

 





04.03.2015    çap et  çap et