525.Az

Arif Hacılının müşavirlərinin sayı 12-yə çatıb


 

Arif Hacılının müşavirlərinin sayı 12-yə çatıb<b style="color:red"></b> Müsavat Partiyasının başqanı Arif Hacılı özünə daha 2 müşavir təyin edib.
 
Partiyadan APA-ya verilən məlumata görə, A. Hacılının imzaladığı sərəncama əsasən, Müsavat Partiyası Abşeron rayon təşkilatının üzvü Sevda Laçınlı (Səfərəliyeva) və Şərur rayon təşkilatının üzvü Əjdər Cəfərbəyli Müsavat Partiyası başqanının müşaviri təyin edilib.
 
Son təyinatla A. Hacılının müşavirlərinin sayı 12-yə çatıb.
 





04.03.2015    çap et  çap et