525.Az

"Transformasiya. Azərbaycan xalçası: ənənələr və müasirlik" müzakirə edilib


 

"Transformasiya. Azərbaycan xalçası: ənənələr və müasirlik" müzakirə edilib<b style="color:red"></b>

Dövlət Xalça Muzeyində "Transformasiya, Azərbaycan xalçası: ənənələr və müasirlik" mövzusunda muzey turu və multimedia təqdimatı ilə müzakirələr baş tutub.

Tədbir mütəxəssislər və təcrübəçilər tərəfindən Azərbaycan və dünyada mədəniyyətlərarası dialoqun genişlənməsi, müasir incəsənətin analizi və onun ətrafındakı müzakirələrə dəstək vermək məqsədilə təşkil edilib.

Əvvəlcə muzeydaxili tur keçirilib. Tur zamanı bildirilib ki, muzeydə 15 minə yaxın eksponat nümayiş olunur. Ayrı-ayrı bölgələrə məxsus xalçalar haqqında ətraflı məlumat verilib. Xalçaçılıq tarixində əvəzsiz xidmətləri olmuş Lətif Kərimov və onun şəxsi kolleksiyasından olan eksponatlardan söz açıb.

Sonra tədbir multimedia təqdimatı əsasında müzakirələrlə davam etdirilib.

Təqdimat zamanı Azərbaycan xalçasının ilham mənbəyi olduğunu, ölkəmizin hüdudlarından kənarda bir çox rəssamların əsərlərinin konseptual tərkib hissəsini təşkil etdiyi vurğulanıb.

Vurğulanıb ki, qədim simvol və şifrlərin özünəməxsus daşıyıcısı olan Azərbaycan xalçası böyük bir xalqın musiqi, fəlsəfə, ədəbiyyat və tarixini özündə yaşadır. Müasir rəssamların xalçanı müasir incəsənətin fərqli növlərində təqdim etmək cəhdləri məhz bununla əlaqədardır.

S.ABDULLAYEVA

 





04.03.2015    çap et  çap et