525.Az

Fikrət Əmirov musiqisi Meksikada səslənib


 

Fikrət Əmirov musiqisi Meksikada səslənib<b style="color:red"></b>

Meksikanın paytaxtı Mexiko şəhərində Livan Respublikasının Mədəniyyət Günləri çərçivəsində silsilə konsert proqramları təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Mexiko şəhər filarmonik orkestrinin ifasında xalqımızın böyük bəstəkarı Fikrət Əmirovun "Ərəb mövzularında fortepiano və orkestr üçün konsert" adlı əsəri təqdim olunub.

Mexiko Şəhər Teatrında keçirilən konsertdə orkestr tərəfindən həmçinin livanlı bəstəkar Camal Əbül Hüsn və Belçika əsilli Fransa bəstəkarı və orqanisti Sezar Frankın əsərləri də ifa olunub. Orkestri livanlı bədii rəhbər və baş dirijor Lubnan Baalbaki idarə edib.

Fikrət Əmirovun musiqisi dərin məzmunu, zənginliyi, incəliyi, xəlqiliyi ilə dinləyiciləri özünə cəzb edib və alqışlarla qarşılanıb.

S.ABDULLAYEVA

 





04.03.2015    çap et  çap et