525.Az

Əli Hüseynli: "Siyasətlə çox az sayda insan məşğul olmalıdır,


 

İNSANLARI DAHA ÇOX İQTISADİYYAT MARAQLANDIRMALIDIR"

Əli Hüseynli: "Siyasətlə çox az sayda insan məşğul olmalıdır,<b style="color:red"></b>

"Məhz  indiki mərhələ - islahatlar, demokratiyanın inkişafı üçün  ölkədə partiyaların sayının çox olması normal bir haldır".

Bunu  mətbuata açıqlamasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dilə gətirib. 

"Ona görə yaxın müddətdə yox, gələcək mərhələdə yalnız bu məsələ-partiyaların mərkəzləmşməsi, onların sayının azalması mümkün  ola bilər". Komitə sədrinin sözlərinə görə,  digər ölkələr də məhz bu proseslərdən keçərək bugünkü vəziyyətə çatıblar. 

"Yəni, onlarda  insanlar həqiqətən də siyasətdən doyublar və baxımdan da, zamanında  partiyaların mərkəzləşməsi prosesi gedib. Bizdə isə müşahidələr  bəzən onu  göstərir ki,  əhalimiz  hələ də  siyasi maraqları daha çox saxlayırlar.  Amma mənim təsəvvürümdə siyasətlə çox az sayda insanlar məşğul olmalıdır. Insanları daha çox iqtisadiyyat maraqlandırmalıdır".

Kamil HƏMZƏOĞLU

 





04.03.2015    çap et  çap et