525.Az

İlham Əliyevin Bolqarıstanda rəsmi qarşılanma mərasimi oldu


 

İlham Əliyevin Bolqarıstanda rəsmi qarşılanma mərasimi oldu<b style="color:red"></b>

Bolqarıstan Respublikasında rəsmi səfərdə olan prezident İlham Əliyevin Sofiyanın Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub.

Lent.az-ın məlumatına görə, Azərbaycanın və Bolqarıstanın dövlət bayraqlarının dalğalandığı meydanda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyevi Bolqarıstan prezidenti Rosen Plevneliyev qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib. Hərbi orkestrin ifasında Azərbaycanın və Bolqarıstanın dövlət himnləri səslənib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Prezident İlham Əliyev Bolqarıstan əsgərlərini salamlayıb.

Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti prezident Rosen Plevneliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçib.
Prezident İlham Əliyev həmçinin, Sofiyada naməlum əsgərin məzarını ziyarət edib.

 





04.03.2015    çap et  çap et