525.Az

Dünyanın ən varlı adamı kim olub?


 

Dünyanın ən varlı adamı kim olub?<b style="color:red"></b> Nüfuzlu “Forbes” jurnalının versiyasına görə, Microsoft” korporasiyasının həmtəsisçisi Bill Qeyts 2015-ci ildə dünyanın ən varlı adamı seçilib.
 
Lent.az-ın ICTnews-a istinadən verdiyi xəbərə görə,  bu barədə jurnalın illik reytinqində deyilir. Onun sərvəti 79,3 milyard dollar dəyərində qiymətləndirilib.
 
İkinci yeri 76,4 milyard dollarlıq var-dövlətlə meksikalı milyarder Karlos Slim tutub. Üçüncü pillədə 72,3 milyard dollarla məşhur iş adamı, “Berkshire Hathaway” şirkətinin təsisçisi Uorren Baffet qərarlaşıb. 
 
2015-ci ildə ən varlı qadın kimi "Wal-Mart” mağazalar şəbəkəsinin sahibi 60 yaşlı Kristi Uolton seçilib. Onun sərvəti 41,7 milyard dollar qiymətləndirilib, - “Qazeta.ru" yazır.
 





04.03.2015    çap et  çap et