525.Az

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tender elan edir


 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tender elan edir<b style="color:red"></b> Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərkosmos" ASC "Azərbaycanın ikinci telekommunikasiya peyki olan "Azerspace-2" peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması"na dair açıq tender elan edir.
 
Nazirlikdən 525.az-a verilən məlumata görə, tenderin əsas şərtlər toplusu Azərbaycan və ingilis dillərində tərtib olunub.
 
Tenderdə iştirak haqqı 20 000 dollardır və heç bir halda geri qaytarılmır. Tender təklifinin qüvvədə olma müddəti isə 180 gündür.
 
Müqavilə üzrə işlər ən geci 2017-ci ildə tamamlanmalı və ən geci 2017-ci ilin sonunadək peyk kosmodroma göndərilməyə hazır vəziyyətə gətirilməlidir.
 
Tender təklifin təqdim olunması üçün son tarix 22 aprel saat 18:00-a qədərdir.
 
Tender proseduru 23 aprel saat 11:00-da "Azərkosmos" ASC-nin böyük iclas zalında başlayacaq.
 





04.03.2015    çap et  çap et