525.Az

AŞPA həmməruzəçilərinin müxalifətlə görüşü iki dəfə təxirə salınıb


 

AŞPA həmməruzəçilərinin müxalifətlə görüşü iki dəfə təxirə salınıb<b style="color:red"></b>

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinskinin Milli Məclisdə təmsil olunmayan partiya rəhbərləri ilə görüşü növbəti dəfə təxirə düşüb.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı APA-ya açıqlamasında deyib ki, görüşü təyin edənlər sonradan təxirə salıblar:
 
“İlk görüş 2 mart saat 12:00-a təyin olunsa da, təxirə salındı. Dünən isə saat 18:30-a da təyin olunan görüş yenidən səbəb göstərilmədən təxirə düşdü. Hazırda görüşün baş tutub-tutmayacağı bəlli deyil.

Görüşün Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin ofisində keçirilməsi nəzərdə tutulurdu”. 
 
Avropa Şurasının Azərbaycandakı nümayəndəliyindən isə görüşün təxirə salınmasının səbəbləri açıqlanmayıb.
 
Xatırladaq ki, həmməruzəçilərin səfər proqramına parlamentdə təmsil olunmayan partiya rəhbərləri illə görüş da daxildir.
 
Həmməruzəçilərin səfəri martın 4-də başa çatacaq.

 





04.03.2015    çap et  çap et