525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Martın 5-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal qərb küləyi əsəcək, gündüz arabir güclənəcək..
 
Havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında da arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 2-7 isti olacaq.
 





04.03.2015    çap et  çap et