525.Az

NATO ekspertləri Bakıda təlim keçirlər


 

NATO ekspertləri Bakıda təlim keçirlər <b style="color:red"></b> Martın 3-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Birləşmiş Təhlil və Öyrənilmiş Təcrübələr Mərkəzinin ekspertlər qrupu tərəfindən təlim kursu başlayıb.
 
525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, kursda Silahlı Qüvvələrin şəxsi heyəti üçün NATO-da öyrənilmiş təcrübələr şəbəkəsinin qurulması və bu prosesin hansı mərhələləri əhatə etməsinə dair təqdimatların verilməsi nəzərdə tutulub.
 
Təlim kursu martın 5-dək davam edəcək.
 





03.03.2015    çap et  çap et