525.Az

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri birgə təlim keçirir


 

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri birgə təlim keçirir<b style="color:red"></b> Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə hərbi təlimlərinin başlanması ilə bağlı məlumat yayıb.
 

525.az-ın MN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, məlumatda bildirilir ki, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən "TurAz Şahini 2015" təlimləri başlayıb.
 
Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazaya gəlib.
 
Eyni zamanda "İŞIK-2015" beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri də təlim keçiriləcək Konyadakı aviabazaya yollanıb.
 
Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, bir sıra ölkələrin Hərbi Hava Qüvvələrinin vasitələri müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqları yerinə yetiriləcəklər.
 
Təlimlər aprelin 13-dək davam edəcək.
 





03.03.2015    çap et  çap et