525.Az

İlham Əiyev Rusiyanın “VTB” Bankının prezidenti və İdarə Heyətinin sədrini qəbul edib


 

İlham Əiyev Rusiyanın “VTB” Bankının prezidenti və İdarə Heyətinin sədrini qəbul edib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyasının “VTB” Bankının prezidenti və idarə heyətinin sədri Andrey Kostini qəbul edib.

“APA-Economics”in məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib, ölkələrimizin maliyyə, bank sektorunda əməkdaşlığının bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olundu və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





03.03.2015    çap et  çap et