525.Az

Prezident Çexiyanın sənaye və ticarət nazirini qəbul edib


 

Prezident Çexiyanın sənaye və ticarət nazirini qəbul edib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Çexiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin qarşılıqlı investisiya qoyuluşu üçün müsbət zəmin yaratdığı bildirilib, energetika sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu qeyd edilib.

Söhbət zamanı Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunun iqtisadi əlaqələrimizin inkişafı işinə xidmət edəcəyi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 





03.03.2015    çap et  çap et