525.Az

Prezident Sloveniya parlamenti Milli Şurasının sədrini qəbul edib


 

Prezident Sloveniya parlamenti Milli Şurasının sədrini qəbul edib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Sloveniya arasında ikitərəfli münasibətlərin səviyyəsinin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi sahədə razılıq doğurduğu bildirilib, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.
 
M. Bervarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

 





03.03.2015    çap et  çap et