525.Az

“Çexiya Azərbaycandan uzunmüddətli qaz tədarükündə maraqlıdır”


 

“Çexiya Azərbaycandan uzunmüddətli qaz tədarükündə maraqlıdır”<b style="color:red"></b>

“Çexiya Azərbaycandan uzunmüddətli qaz tədarükündə maraqlıdır”.

“APA-Economics”in məlumatına görə, bunu Bakıda jurnalistlərə Çexiyanın sənaye və ticarət naziri Yan Mladek bildirib.
 
“Bu, yalnız qaz kəmərləri inşa edilib, istifadəyə verildikdən sonra mümkün olacaq. Hazırda Çexiya Azərbaycanda neft idxal edir. Bizim üçün bu çox vacibdir. 2014-cü ildə neft idxalının 31,5%-i Azərbaycan nefti hesabına təmin edilib. Bu gün Çexiyanın idxal etdiyi neftin 2/3 hissəsi Rusiyadan idxal edilir. Bu səbəbdən biz bir neft mənbəyindən asılı olmaq istəmirik. Buna görə də biz Azərbaycanla qaz sahəsində də uzunmüddətli əməkdaşlıqda maraqlıyıq”, - deyə Y. Mladek bildirib.
 
Nazir Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin inşasını və Azərbaycan qazının bu marşrutla ixracını çox mühüm adlandırıb: “Nabucco”, “Cənub axını” layihələrinin baş tutmadığı, “Türkiyə axını”nın isə uzunmüddətli layihə olduğu şəraitdə TANAP ən real layihədir”.

 





03.03.2015    çap et  çap et