525.Az

Mədəniyyət və İncəsənət Universitetində Zəlimxan Yaqubla görüş


 

Mədəniyyət və İncəsənət Universitetində Zəlimxan Yaqubla görüş<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Səda" Tədris Teatrında  Azərbaycanın Xalq şairi, Aşıqlar Birliyinin  sədri Zəlimxan Yaqubun 65 illik yubileyinə həsr olunan tədbir keçirilib. 

Şairin özünün də iştirak etdiyi tədbirdə "Aşıq sənəti" kafedrasının müdiri Aşıq Əhliman Rəhimov,  dosentlər Aşıq Samirə Əliyeva, Fəzail Miskinli, Nemət Qasımov və Aşıq Altay Zəlimxan Yaqubun sözləri üzərində aşıq nümunələri ifa ediblər. Tədbirdə professor Gülşən Əliyeva-Kəngərli , filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə çıxış edərək, şairin zəngin yaradıcılığından söhbət açıblar. 

Ustad sənətkarla görüşdə Əməkdar artist, dosent  Ağalar Bayramov və eləcə də tələbələrin ifasında Zəlimxan Yaqubun qələminə məxsus nümunələr səsləndirilib.
 
Sonda səbəbkarın özü də çıxış edərək, Universitetin müəllim tələbə heyətinə təşəkkürünü bildirib. Şair yeni yazdığı şeirlərdən də söyləyərək,daha sonra  tələbələrin ona ünvanladığı sualları cavablandırıb.

 





03.03.2015    çap et  çap et