525.Az

Çanaqqala savaşının 100 illiyi münasibəti ilə ədəbi müsabiqə elan olunub


 

Çanaqqala savaşının 100 illiyi münasibəti ilə ədəbi müsabiqə elan olunub<b style="color:red"></b>

Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Kültür-Tanıtma Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyi şanlı Çanaqqala savaşının 100 illiyi münasibəti ilə ədəbi müsabiqə elan edir.

Çanaqqala savaşı mövzusunda şeir, hekayə və məqalə nominasiyaları üzrə təşkil olunan müsabiqəyə əsərlərin qəbulu 2015-ci il martın 2-dən aprelin 14-dək aparılacaq.

Müsabiqəyə əsər vermək istəyən müəlliflər şərti imza ilə, çap halında 5 nüsxə olmaqla, zərfdə təqdim edilməlidir. Üzərində şərti imza yazılmış başqa bir qapalı zərfdə isə müəllif haqqında məlumat və şəxsiyyət vəsiqəsinin surəti olmalıdır.

5 nəfərdən ibarət münsiflər heyəti 10 ballıq sistemlə hər nominasiya üzrə 3, ümumilikdə isə 9 qalib müəyyənləşdirəcək.

Qaliblərin adları bu il aprelin ortalarında - Çanaqqala savaşının ildönümü günlərində Azərbaycan Yazıçılar Birliyində keçiriləcək mərasimdə elan olunacaq. May ayında qaliblərin Çanaqqalaya səyahət turu təşkil ediləcək. Qalib seçilən əsərlər kitab halında nəşr olunacaq.

Müəlliflər əsərləri Az-1000, Bakı, Səbail rayonu, Xaqani küçəsi 53, Azərbaycan Yazıçılar Birliyi, II mərtəbədə Arzu Mahmudovaya təqdim edə bilərlər. Telefon: (012) 493 62 35; e-mail: [email protected]

S.ABDULLAYEVA

 





03.03.2015    çap et  çap et