525.Az

"Hazırına nazir" olanlar - öyrənmiş zatlara tövbə yoxdur


 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

"Hazırına nazir" olanlar - öyrənmiş zatlara tövbə yoxdur<b style="color:red"></b>

"Hamımızın tanıdığı bu Dağlıq Qarabağ ermənisinin əsl adı Bahadır olub. Onun özündən əvvəl bir neçə qardaş-bacısı doğulsa da, dünyaya gələn bu uşaqlar ölürmüş. Bako doğulanda - 1960-cı ildə valideynləri qərara alırlar ki, ona erməni deyil, müsəlman adı qoysunlar ki, bəlkə Allahın da onlara rəhmi gələ, uşaq sağ qala... Belə də edirlər. Yenicə doğulan dığaya (ermənilər oğlana dığa deyirlər) Bahadır adı qoyulur. Doğrudan da Bahadır özündən əvvəl doğulan qardaş-bacısından fərqli olaraq, bu dünyanı erkən tərk eləmir, iməkləyir, ayaq tutub yeriyir".

Dağlıq Qarabağdakı separatçı rejimin "lideri" Bako Saakyanla bağlı bu maraqlı faktı Xankəndi şəhərindən olan ağsaqqal məcburi köçkün Əli Məmmədov Azərbaycan türklərinin hər şeyinə tamah salan ermənilərin oğurluğundan danışarkən bizə söyləyib.

"Hətta rəsmi orqandan alınan doğum haqqında şəhadətnaməyə də onun adı əvvəlcə Bahadır kimi  yazılıb. Allahın Bahadır adlı bu dığanı hifz elədiyini görən valideynləri daha sonra belə qərara gəlirlər ki, sağ qaldığına görə onu müsəlman da etdirsinlər. Və Bahadıra İslam dinini qəbul etdiriblər. Onun sünnət edilib-edilmədiyi barədə isə dəqiq məlumata malik deyilik", - deyə müsahibimiz bildirib. 

Əli Məmmədov deyir ki, sonradan Bahadır tədricən Bakoya çevrilir. Təbii ki, mənfur xislətli bu erməni İslama da sitayiş etmir... 1988-ci ildə isə Qarabağda genişlənən erməni separatçılığının fəallarından biri olur. Ermənilərin Dağlıq Qarabağdakı qanunsuz silahlı birləşmələrində müxtəlif "vəzifələr" tutur. 2007-ci ildə vaxtilə türk adı daşıyan Bahadır-Bako Saakyan  qondarma "Dağlıq Qarabağ Respublikası" adlanan üzdəniraq quruma "prezident" seçilir və hazırda da separatçı rejimə rəhbərlik edir.

Bu, xain millətin ad oğurluğuna dair yalnız bir faktdır. Belə hallar yüzlərlədir. Onlar Azərbaycan türkləri ilə qonşu olduqları vaxtdan adam adlarımızdan xoşlanaraq, yeni doğulan uşaqlarına müxtəlif türk isimləri veriblər, dolayı yolla bu adları mənimsəyiblər. İndi də belə adlar daşıyan ermənilər çoxdur. Bizim adlarımız tədricən onların soyadlarına da keçib. Məlikyan, Babayan, Balayan, Ağacanyan kimi...

Vaxtilə həm Ermənistan ərazisində, həm də Dağlıq Qarabağda məskunlaşdırılan ermənilər "Böyük Ermənistan" xülyası ilə yaşayaraq, tarixin müxtəlif dövrlərində Azərbaycana qarşı ərazi iddiaları irəli sürüblər. Bu iddialarla yanaşı, zaman-zaman Azərbaycan türklərinin hər şeyinə tamah salıblar. Ardınca oğurlayıb, mənimsəyiblər...

Azərbaycan xalqına məxsus adlar, dastanlar, nağıllar, lətifələr, əfsanələr, bayatılar, atalar sözləri, zərbi-məsəllər və folklor janrına aid digər musiqi və söz nümunələri, mahnılar, abidələr, heykəllər, mətbəx nümunələri, musiqi alətləri, xalça çeşniləri müxtəlif vaxtlarda erməniləşdirilib... Bunlarla bağlı özlərini, gələcək nəsilləri inandırmaq üçün çoxlu "nağllar" uydurublar, onları tirajlayıb dünyaya yayıblar...

Doğrudur, dünya ictimaiyyəti əksər hallarda bu cür "erməni nağılları"na inanıb, həqiqət cildinə sırınmış bu yalanlar bir çox hallarda qəbul edilib, amma buna istehza ilə yanaşanlar, yalanlayanlar da az olmayıb. Məsələn, görkəmli tarixçi Avqust Kariyer kimi: "Erməni alimlərinin məlumatlarına inanmaq avamlıqdır. Çünki bu məlumatların əksəriyyəti uydurmadır".  

Maraqlıdır ki, ermənilərin daxili dünyalarını nifrətə layiq bir tərzdə açıqlayan fikirlər həm də elə onların özlərinin məşhur nümayəndələri tərəfindən də səsləndirilib. Tanınmış erməni şairi Yeqişe Çarens öz xalqı haqqında məşhur etirafında deyib: "Bizdə riyakarlıq ana bətnində olarkən yaranır". Bununla Çarens ermənilərin gerçəkdə neçə millət olduğunu açıb-ağardıb, bu xalqın iç üzünü, onların xainlik və saxtakarlıqla dolu daxili dünyasını tam aşkarlayıb.

"...Erməni xalqının kökləri haradadır, buraya necə, nə vaxt, haradan və hansı yollarla gəlib... Bizdə bunun dəqiq və aydın sübutları yoxdur" - bunu isə tanınmış erməni ədəbiyyatşünas, dilçi, folklorşünas və akademiki Manuk Abeqyan 1975-ci ildə Yerevanda nəşr etdirdiyi "İstoriya armyanskoy literaturı" adlı əsərində qeyd edib və öz xalqının Qafqaz üçün yadellilər olduğu bir daha təsdiqləyib.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov "Erməni yadelli nağılları" kitabı ilə erməni absurd əməllərini tarixi və elmi dəlillər əsasında ifşa edib. Müəllif yalan pərdəsini cırıb ortadan götürmək, həqiqəti dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün xüsusilə, ermənilərin öz fikirləri ilə özlərini ifşa edib. Məşhur ermənilərin etirafları və dünyanın bir sıra tanınmış ziyalılarının təkzibedilməz fikirləri həqiqətlərin dünyaya yayılması baxımından əvəzsiz mənbəyə çevrilib.

İmanov deyir ki, adətən hər şeyə lazım gəldi-gəlmədi reaksiya verən ermənilər bu kitabda müəllifin gətirdiyi faktlar qarşısında heç bir arqument tapmadıqlarından, yalnız onu söyməklə təsəlli tapırlar.

Agentlik sədrinin sözlərinə görə, 200 ildən çoxdur davam edən erməni mənimsəmələrinə cəhdlərlə  bu gün də qarşılaşırıq. Və sabah da belə cəhdlərin olmayacağını deyə bilmərik... 

Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və Hüquq şöbəsindən sorğumuza cavab olaraq bildirilib ki, erməni mənimsəmələrinə dair ən sonuncu cəhdlər ötən il baş verib. 2014-cü ildə Azərbaycanın maddi və mənəvi sərvətlərinə qarşı müxtəlif təxribatçılıq faktları qeydə alınıb. Bu faktlar həm musiqi, həm idman, həm də kulinariya sahələrini əhatə edib. İctimai-siyasi tariximizə "əl uzatmaq" da təbii ki, öz qüvvəsində qalıb.

2014-cü ildə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin sözləri Əhməd Cavada məxsus "Çırpınırdı Qara dəniz" mahnısının erməniləşdirilməsi cəhdinin qarşısı alınıb. Saxtakar xalq bu şeirin erməni şairi Sayat Novaya məxsus olduğunu iddia etməyə çalışıb. Müəllif Hüquqları Agentliyi bu cəfəng iddianı alt-üst edib, danılmaz dəlillərlə əsaslandırıb ki, həmin musiqi əsərinin şeiri 1914-cü ildə Əhməd Cavad tərəfindən Gəncə şəhərində yazılıb, 1918-ci ildə isə U.Hacıbəyli bu şeirə musiqi bəstələyib.

Erməni mənimsəməsinə aid digər sonuncu fakt: İran-ABŞ pop-ifaçısı Andranik Madadyan sözləri Mikayıl Müşfiqə, musiqisi Ələkbər Tağıyevə məxsus "Sənə qurban" mahnısını "Garun" (Bahar) adı ilə erməni mahnısı kimi ifa edib. Agentlik tərəfindən aparılan araşdırmalar nəticəsində aşkar edilib  ki, A.Madadyanın ifa etdiyi "Garun" (Bahar) mahnısının melodiyası ilə "Sənə qurban"  mahnısının melodiyası üst-üstə düşür. Agentlik əsaslı faktlarla sübut edib ki, mahnının sözlərini M.Müşfiq 1937-ci ildə yazıb, mahnını ilk dəfə 1968-ci ildə Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova ifa edib.

2014-cü ildə digər bir mənimsəmə cəhdi Azərbaycan çörəyi lavaşla bağlı olub. Milli mətbəximizə aid lavaşın YUNESKO-nun Mədəni irs siyahısına erməni çörəyi kimi daxil edilməsi cəhdinin qarşısı alınıb.

Bunlarla yanaşı, Müəllif Hüquqları Agentliyi ötən il Azərbaycan xalq mahnıları, rəqsləri və dastanları, o cümlədən, "Dədə Qorqud" qəhrəmanlıq dastanı, milli musiqi alətləri və mətbəx nümunələrimizin etimologiyası, tarixi, milli xüsusiyyətləri barədə şərhlər, bəyanatlar vermək və etirazlar bildirmək məcburiyyətində qalıb. 

Faktlar göstərir ki, bu gün uydurma "nağıllar"ı tirajlayan "erməni maşını" dünyanın hər yerində işləyir. Məsələn, ABŞ-da yaşayan soydaşımız Əlirza Əhmədoğlunun sözlərinə görə, ermənilər bu ölkədə açdıqları balaban məktəbi vasitəsilə uzun illərdir balaban musiqi alətinin özlərinə məxsus olduğunu car çəkirlər. Balabana "duduq" deyən ermənilər ABŞ-da onu "duduq" kimi tanıtmağa da nail olublar. Bu məktəbdə təkcə ermənilər məşğul olmur, onlar öz yalanlarına inandıra bildikləri digər xalqların nümayəndələrini bura cəlb ediblər. Əlirza Əhmədoğlunun sözlərinə görə, amerikalılar artıq azərbaycanlıların apardığı təbliğat işi nəticəsində bu musiqi alətinin Azərbaycana məxsus olduğunu, ona "duduq" deyil, "balaban" deyildiyini anlamağa başlayıblar.

"Erməni psixologiyası" kitabının müəllifi Eldəniz Elgün deyir ki, başqasına məxsus olanları mənimsəmək, riyakarlıq etmək ermənilərin genindən irəli gəlir. Bu xüsusiyyət erməni psixologiyasında tədricən möhkəmlənib. "Faktlar da sübut edir ki, ermənilərin nə tarixi vətəni olub, nə də çox geniş maddi-mənəvi zənginliyi. Ona görə də ermənilər tarixən həyatda ancaq yalan, şər, yaltaqlıq, uydurma və ya terror nəticəsində qorunmağa çalışıblar, bu psixologiya nəsildən-nəsilə ötürülüb və indi də davam etməkdədir",-deyə müsahibimiz bildirib.

Bütün bu sadalananlar belə deməyə əsas verir ki, ermənilər başqa millətlərin, xüsusilə, Azərbaycanın milli dəyərlərini mənimsəməklə yaşamağı özlərinin milli mentaliteti səviyyəsinə qaldırıblar. Düşmən xalq bu cür addımları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə paralel aparmağı əhəmiyyətli hesab edir. Azərbaycanın apardığı əks mübarizəyə baxmayaraq,  məşhur ifadədə deyildiyi kimi, oğurluğa öyrənmiş bu zatlara tövbə yoxdur.

Həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi bizim apardığımız təbliğatdan çox asılıdır. Bu təbliğat isə ilk növbədə ölkə xaricində, əcnəbi dillərdə də aparılmalıdır ki, "hazırına nazir" olan mənfur xalqın uydurma və yalanları ayaq tutsa da, heç vaxt yeriyə bilməsin... 

Əfqan QAFARLI
MODERN.AZ
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 





03.03.2015    çap et  çap et