525.Az

Cibində partlayan iPhone ayağını yandırdı


 

Cibində partlayan iPhone ayağını yandırdı<b style="color:red"></b>

Amerikalının şalvarının cibində iPhone partladıqdan sonra ayağı yanıb. Bu barədə Trend xarici mətbuata istinadən xəbər verir.

Zərərçəkən Erik Conson deyib: "Telefon şalvarın cibində idi. Mən açarı götürmək üçün əyildim, birdən partıltı eşitdim və yanıq iyisi hiss etdim. Telefonu cibimdən çıxartmağa çalışdım, amma görünür, o əriyib yapışmışdı. Mən şalvarı cırmağa məcbur oldum. Yanımda duranlar da yanıq iyisini hiss etdilər".

Zərərçəkən xəstəxanaya çatdırılıb və 10 gün orada qalıb. Smartfon sahibi "Apple" şirkətini məhkəməyə vermək istəyir.

"Apple" şirkətindən bəyan ediblər ki, smartfonun yanma səbəblərini araşdırırlar.

 





03.03.2015    çap et  çap et