525.Az

İlham Əliyev əfqanıstanlı həmkarına başsağlığı verib


 

İlham Əliyev əfqanıstanlı həmkarına başsağlığı verib<b style="color:red"></b>

Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.

525.az-ın məlumatına görə, başsağlığı məktubunda deyilir:

"Ölkənizin şimal-şərq bölgəsində baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

 





03.03.2015    çap et  çap et