525.Az

Hillari Klinton prezidentliyə namizədliyini verə bilər


 

Hillari Klinton prezidentliyə namizədliyini verə bilər<b style="color:red"></b>

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton prezidentliyə namizədliyini verə bilər.

APA-nın “The Wall Street Journal” qəzetinə istinadən verdiyi məlumata görə, H. Klinton 2016-cı ilin noyabrında keçiriləcək prezident seçkilərində iştirakını elan edəcək. O, Demokratlar Partiyasının sponsorlarına seçki kampaniyasına erkən başlayacağı ilə bağlı xəbərdarlıq göndərib.
 
Xatırladaq ki, ABŞ-ın hazırkı prezidenti Barak Obama Hillari Klintonun çox yaxşı prezident ola biləcəyini söyləyib.

 





02.03.2015    çap et  çap et