525.Az

“Soyqırımla bağlı ümumerməni bəyannaməsi Ermənistan üçün üzücü nəticələrə səbəb olacaq”


 

“Soyqırımla bağlı ümumerməni bəyannaməsi Ermənistan üçün üzücü nəticələrə səbəb olacaq”<b style="color:red"></b>

“Erməni soyqırımı ilə bağlı ümumerməni bəyannaməsi Ermənistan üçün üzücü nəticələrə səbəb olacaq”.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Erməni Milli Konqresinin lideri, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan çıxış edib.
 
Martın 1-də İrəvanın mərkəzində keçirilən mitinqdə çıxış edən L. Ter-Petrosyan bildirib ki, sözügedən bəyannamənin qəbulu ilə xarici siyasətin əsaslarında Türkiyəyə qarşı məlum tələblərin irəli sürülməsi məsələsi yer alacaq.
 
“Bu qəfil dönüşün hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq çətin deyil. Həmin bəyannamə Qarabağ nizamlanmasında və erməni-türk münasibətlərində müəyyən maneələr törətməklə, bizə beynəlxalq aləmlə problemlər yaradacaq”, - deyə o vurğulayıb.

 





02.03.2015    çap et  çap et