525.Az

Mübariz Qurbanlı Türkiyədə səfərdədir


 

Mübariz Qurbanlı Türkiyədə səfərdədir<b style="color:red"></b> Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.
 
Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində M.Qurbanlı Türkiyə Cümhuriyyəti Diyanət İşləri başqanı Mehmet Görməzlə görüşəcək.
 
Görüş zamanı iki ölkə arasında dini sahədə əlaqələrin və əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Həmçinin Diyanət İşləri Başqanlığında, Diyanət Vəqfində, Ankara Universitetində bir sıra görüşlər keçiriləcək.
 
M.Qurbanlı səfər zamanı Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və baş nazirin müavini Bülənt Arınçla da görüşəcək.
 





02.03.2015    çap et  çap et