525.Az

“Dağ yəhudiləri” dini icmasının sədri istefa verib


 

“Dağ yəhudiləri” dini icmasının sədri istefa verib<b style="color:red"></b>

Azərbaycan “Dağ yəhudiləri” dini icmasının sədri Boris Simanduyev istefa verib.

APA-nın “gorskiye.ru” saytına istinadən verdiyi məlumata görə, fevralın 26-da Quba rayonu Qırmızı qəsəbədə dağ yəhudilərinin iştirakı ilə keçirilən mərasimdə 21 il icmaya rəhbərlik etmiş Boris Simanduyev yaşının çox olması səbəbindən istefasını istəyib.
 
İclasda Qırmızı qəsəbə sakini Yurik Niftəliyev “Dağ yəhudiləri” dini icmasının yeni sədri seçilib. 44 yaşlı Y. Niftəliyev Simferopolda Tibb Universitetində təhsil alıb və qəsəbədə əczaçı olaraq çalışır.
 
Xatırladaq ki, 2013-cü ildə Boris Simundayev 80 illik yubileyini qeyd edib.
 
Azərbaycan prezidenti İlham Əliyev onu Azərbaycan Respublikasında xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edib.

 





28.02.2015    çap et  çap et