525.Az

“Radikalizmə qarşı keçirilən maarifləndirmə tədbirləri bəhrəsini verməkdədir”


 

“Radikalizmə qarşı keçirilən maarifləndirmə tədbirləri bəhrəsini verməkdədir”<b style="color:red"></b> Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə Dövlət Komitəsinin Mərkəzi Aparatı ilə yanaşı, bölgə şöbə müdirləri də iştirak ediblər.
 
Müşavirədə çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı maarifləndirmə məqsədilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruri olduğunu söyləyib.
 
Komitə sədri bildirib ki, radikalizm ideyalarının yayılmasına qarşı Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri öz bəhrəsini verməkdədir. Davamlı olaraq respublikamızın bütün şəhər və rayonlarında milli-mənəvi və dini dəyərlərimizin, həmçinin, Azərbaycanın tolerantlıq ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür.
 
Müşavirədə bölgə şöbə müdirlərinin aylıq hesabatları dinlənilib, dini icmaların fəaliyyətini stimullaşdırmaq məqsədilə onların sosial layihələrə cəlb edilməsi, yeni icmaların yaradılması, məscid və icmaların qeydiyyatı məsələləri müzakirə olunub.
 





28.02.2015    çap et  çap et