525.Az

İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verib


 

İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev bolqarıstanlı həmkarı Rosen Plevneliyevə başsağlığı verib.
 
525.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

”Hörmətli cənab prezident, Bolqarıstan Respublikasının keçmiş prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Jelyu Jelevin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar sizə, mərhumun ailəsinə, bütün Bolqarıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

 





31.01.2015    çap et  çap et