525.Az

“Nizami“ Kino Mərkəzində daha bir türk filminin təqdimatı olub

“Nizami“ Kino Mərkəzində daha bir türk filminin təqdimatı olub<b style="color:red"></b>

Milli və xarici filmlərin qala-gecələrinin bir nömrəli məkanı olan “Nizami” Kino Mərkəzində növbəti “ulduzlar paradı” gerçəkləşib.

AzərTAc xəbər verir ki, Türkiyənin məşhur aktyorları Burak Özçivit, Selim Bayraktar və Fahriye Evcen “Aşk sana benzer” filminin qala-gecəsinə qatılmaq üçün “Nizami” Kino Mərkəzinə gəliblər. Qala-gecədə filmin rejissoru A.Taner Elhan və yaradıcı qrupunun digər üzvləri də iştirak ediblər.

Bakıda olduqları üçün özlərini çox xoşbəxt hiss etdiklərini söyləyən qonaqlar tamaşaçılarla birlikdə filmi izləyiblər.

Bedia Ceylan Güzelcenin ssenarisi əsasında rejissor A.Taner Elhanın lentə aldığı bu romantik dram, bir balıqçı qəsəbəsində başlayan məhəbbət hekayəsindən bəhs edir. Ailəsindən qalan restoranı əlində saxlamaq üçün çarpışan Əli, bir gün qəsəbəyə yeni gəlmiş gözəl qızla – Denizlə qarşılaşır. İlk baxışdan bir-birlərindən xoşlanan gənclərin sevgisinə yaxın bir vaxtda bütün qəsəbə şahid olur. Amma Denizin keçmişindən gələn biri onların eşqinə mane olmağa çalışır. Aktyor Burak Özçivit həm də filmin prodüseridir.

Filmi izlədikdən sonra türkiyəli sənətçilər mətbuat konfransı keçirib, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

“Filmi tamaşaçılarla birlikdə izləmək bizim üçün xoş oldu”,- deyən aktyorlar Bakıya yenə gəlmək istədiklərini söyləyiblər.

Qeyd edək ki, səfər çərçivəsində filmin yaradıcı heyəti İçərişəhəri və paytaxtın digər görməli yerlərini gəzib.

31.01.2015    çap et  çap et