525.Az

Türkiyədə erməni təxribatı


 

Türkiyədə erməni təxribatı<b style="color:red"></b>

Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü münasibəti ilə Xarici İşlər Nazirliyi tərəfindən buraxılan təqvimdə Çanaqqala yerinə İrəvandakı “erməni soyqırımı” abidəsinin fotosu qoyulub.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, faktla bağlı Türkiyə Xarici İşlər Nazirliyi təhqiqata başlayıb və təqvimin paylanması dayandırılıb.
 
Qeyd edək ki, ermənilər Çanaqqala zəfərinin 100-cü ildönümünün qeyd ediləcəyi 24 aprel tarixində qondarma “soyqırım”ın 100-cü ildönümünü anmağa hazırlaşırlar.
 
Təqvimdə Çanaqqala zəfəri və keçirilən tədbirlərlə bağlı fotolar yer alıb. Aprel ayı bölümündə yerləşdirilən abidənin fotosu illər əvvəl İrəvanda “soyqırım”ın ildönümü zamanı çəkilib.

 





31.01.2015    çap et  çap et