525.Az

Azərbaycanın Dubay əmirliyindəki baş konsulu BƏƏ baş nazirinin xanımı ilə görüş keçirib


 

Azərbaycanın Dubay əmirliyindəki baş konsulu BƏƏ baş nazirinin xanımı ilə görüş keçirib<b style="color:red"></b> Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, müdafiə naziri, Dubay Əmirliyinin hökmdarı Şeyx Məhəmməd bin Raşid Əl Məktumun xanımı Ülyahəzrətləri Haya bint Əl-Hüseynlə görüş keçirib.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı P. İsmayılzadə Baş konsulluğun Dubay əmirliyində fəaliyyəti və dövlət qurumları ilə yüksək səviyyədə olan münasibətlərindən söhbət açıb.
 
Xanım H. Əl-Hüseyn isə Bakı şəhərinə son səfərindən danışaraq, səfərdən məmnun qaldığını, Azərbaycan və paytaxt Bakının sürətli inkişafının onda böyük təəssürat doğurduğunu diqqətə çatdırıb. O, ölkəsinin Azərbaycanla əlaqələrin daha da inkişaf etməsində maraqlı olduğunu qeyd edərək, bu istiqamətdə lazımı dəstəyin göstəriləcəyini vurğulayıb.
 
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 





30.01.2015    çap et  çap et